Aleks De Souza Türkiyə klubuna baş məşqçi təyin olundu

"Fənərbağça"nın keçmiş futbolçusu Aleks De Souza yenidən Türkiyəyə qayıdır.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Antalyaspor" braziliyalı çalışdırıcı ilə 2 illik razılıq əldə etdiyini açıqlayıb.

Məşqçilik karyerasına 2021-ci ilin aprelində başlayan Aleks de Souza ilk təcrübəsini Braziliya təmsilçisi "San Paulo"nun U20 komandası ilə yaşayıb.

Qeyd edək ki, 46 yaşlı çalışdırıcının son komandası "Avai" klubu olub.