Aleksander İsak “Nyukasl Yunayted”dən ayrıla bilər
“Nyukasl Yunayted”in isveçli futbolçusu Aleksander İsakın mövsümün sonunda klubdan ayrılacağı gözlənir.
Sportline.az Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” klubu mövsümün sonunda “Nyukasl Yunayted”dən Aleksander İsakı heyətinə qatmağı planlaşdırır.
Aleksander İsakın transfer dəyəri 75 milyon avrodur.
Qeyd edək ki, İsakın “Nyukasl Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 5 qol və 2 asistlə yadda qalıb.