Aleksandr Usik sevimli klubunu açıqladı

Məşhur boksçu Aleksandr Usik sevimli futbol klubunun adını açıqlayıb.

Sportline.az xəbər verir ki, ukraynalı idmançı uşaq vaxtlarında "Maçester Yunayted"ə azarkeşlik etdiyini bildirib.

"Qarri Nevil, Devid Bekhemin fanatı idim. O vaxt bu komanda ilə bacarmaq çətin məsələ idi. Digər sevimli futbolçularım isə, Andrey Şevçenko, Ronaldo və Zlatan İbrahimoviç olub", - deyə Usik "Daily Mail"ə müsahibəsində bildirib.

Qeyd edək ki, Aleksandr Usik WBA, WBC, WBO və IBO versiyalarında dünya çempionu kəmərinin sahibidir.