Aleksandr Usiki Polşada saxlayıblar

WBA, WBC və WBO versiyalarında ağırçıkili dünya çempionu Aleksandr Usik Polşada xoşagəlməz halla üzləşib.

Sportline.az xəbər verir ki, ukraynalı boksçu Krakov aeroportunda polis tərəfindən saxlanılıb.

Bu haqda Ukrayna Ali Radasının deputatı Jan Belenyuk Teleqram kanalında məlumat yayıb.

Saxlanılmanın səbəbi araşdırılır.

Qeyd edək ki, 37 yaşlı idmançı dekabrın 21-də Tayson Fyuri ilə revanş döyüşünə çıxacaq.