Aleksis Sançez ən yaxşı seçildi
Başa çatan "Amerika Kuboku"nun ən yaxşıları müəyyənləşib. SportLine.az xəbər verir ki, "ən yaxşı futbolçu" nominasiyasında Çili millisinin lideri Aleksis Sançez qalib olub.
Onun komanda yoldaşı Eduardo Varqas 6 qolla ən məhsuldar futbolçu olub. Komandanın digər üzvü Klaudio Bravo isə ən yaxşı qapıçı seçilib.
Xatırladaq ki, Çili millisi finalda Argentinanın məğlub etməklə kuboka yiyələnib.