Alfonso Deyvisin menecerindən maraqlı açıqlama
“Bavariya” klubunun müdafiəçisi Alfonso Deyvisin meneceri açıqlması ilə diqqət mərkəzinə düşüb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ulduz futbolçunun meneceri açıqlamasında: “Bavariya” ilə yeni müqavilə imzalamağa çox yaxın idik. Sonradan klub rəsmiləri fikirlərindən döndülər. 7 aydır xəbər gözləsək də dəyişən bir şey olmadı. “Real Madrid”lə müqavilə imzalamaq barədə düşünürük”,-deyib.
Qeyd edək ki, Alfonso Deyvisin “Bavariya” ilə müqaviləsi gələn ilin yayında başa çatır.