Allan Sen-Maksimin "Fənərbağça"ya imza atmaq üzrədir

"Fənərbağça" fransalı oyunçu Sen-Maksiminin transferində sona yaxınlaşıb.

Sportline.az Ntvsspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu "Əl-Əhli" ilə forması geyinən oyunçunu icarə əsasında heyətinə qatacaq.

Tərəflər arasında hər mövzüda razılıq əldə edilib.

"Fənərbağça"nın bu transferi qısa müddət ərzində rəmsləşdirməsi gözlənilir.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm Ərəbistan liqasında 31 oyunda 4 qol və 10 asistlə çıxış edib.