Alleqri “Vest Hem Yunayted”in sükanı arxasına keçə bilər
“Vest Hem Yunayted” ispanyalı baş məşqçi Xulyen Lopoteqini istefaya göndərməyə hazırlaşır.
Sportline.az “Calciomercato” qəzetinə istinadən xəbər verir ki, “Vest Hem Yunayted”in rəhbərliyi klubun sükanı arxasına Massimiliano Alleqrini gətirmək istəyir.
London klubunun rəsmiləri Alleqri ilə təmasa keçib.
İtaliyalı mütəxəsis “Vest Hem”i çalışdırmağa müsbət yanaşır.
Qeyd edək ki, Massimiliano Alleqri baş məşqçi kimi “Spal”, “Qrosseto”, “Sassuolo”, “Kalyari”, “Milan” və “Yuventus” kimi klubları çalışdırıb.