Alleqri "Yuventus"la müqavilə yenilədi
"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə yeni müqavilə imzalayıb. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, razılaşmaya əsasən, mütəxəssis 2020-ci ilədək Turin təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-cü ildən “Yuvetus”un baş məşqçisidir.