Almaniya klubu Semih Kılıçsoy üçün rəsmi təklif göndərib

Almaniya klubu Semih Kılıçsoy üçün rəsmi təklif göndərib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Bundesliqada çıxış edən komanda “Beşiktaş”ın futbolçusu Semih Kılıçsoy üçün rəsmi təklif göndərib.

“Ayntraxt Frankfurt” klubunun 18 yaşlı hücumçu üçün 9 milyon avro təklif edib.”Beşiktaş” rəsmiləri isə Semih Kılıçsoy üçün minimum 25-30 milyon avro dəyərində təklif gözlədiklərini bildiriblər.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm çıxdığı 28 oyunda 10 qol, 2 asistlə yadda qalıb.