Almaniyalı futbolçu "Liverpul"un radarına düşüb
"Frayburq"un və Almaniya gənclər komandasının yarımmüdafiəçisi Merlin Röhl "Liverpul"un maraq dairəsinə düşüb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, İngiltərə klubunun skautları artıq bir neçə müddətdir ki, 22 yaşlı futbolçunu izləyirlər.
Bu məlumat fonunda "Frayburq" Röhlə yeni müqavilə təklif edib. Futbolçu hazırda zədəlidir.
Röhl 2022-ci ildən Almaniya klubunda çıxış edir. O, bu mövsüm Bundesliqada 3 oyuna çıxıb.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 12 milyon avrodur.