Almaniyalı futbolçu "Qalatasaray"ın hədəfindədir
"Borussiya Dortmund"un futbolçusu Yulian Brant karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Qalatasaray" 30 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda "Sky Sports" məlumat yayıb.
Qeyd edək ki, Y.Brantın transfer dəyəri 20 milyon avrodur.