Almeyda "Zirə"yə keçdi

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi Riçard Almeydayla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.