Alonso fransalı futbolçunun klubdan getməsini istəyir

"Real Madrid"in yeni çalışdırıcısı Xabi Alonso fransalı futbolçu Ferlan Mendinin planlarına daxil olmadığını bildirib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi Alonsonun bu tələbini müsbət qarşılayıb.

F.Mendinin "Real"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 31 matçda 2 asistlə yadda qalıb.