Alonso "Real Madrid"in təklifini qəbul edib

"Bayer"in baş məşqçisi Xabi Alonso mövsümün sonunda "Real"ın sükanı arxasına keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib. 

Alonso "Real Madrid"dən gələn təklifə müsbət cavab verib. 

“Bayer” rəhbərliyi də öz növbəsində başa düşür ki, "Real"la rəqabət apara bilməyəcək və bu səbəbdən Alonsonun gedişinə mane olmayacaq.

Qeyd edək ki, Xabi Alonsonun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.