Alonso Arda ilə bağlı qərar verib
"Real Madrid"in yeni məşqçisi Xabi Alonso heyətdəki futbolçular barədə bəzi qərarlar verib".
Sportline.az xəbər verir ki, məşqçi futbolçuların öz əsas mövqeyində oynamasının tərəfdarıdır. Bildirilir ki, Alonso, Tşouameninin müdafiə mövqeyində oynamasını istəmir.
İspaniya mətbuatında yer alan xəbərə görə, Alonso Arda Gülerin klubda qalmasını istəyir. Məşqçi əvvəlki mövsümlə müqayisədə Ardanın daha çox oynamasını istəyir.
Qeyd edək ki, Arda Gülerə bir sıra klublardan təkliflərin olduğu barədə xəbərlər dərc edilib.