"Amerika Kuboku"nun qalibi müəyyənləşdi
"Amerika Kuboku"nda mübarizə yekunlaşıb. SportLine.az xəbər verir ki, həll edici matçda Argentina və Çili milliləri üz-üzə gəlib.
Əsas vaxtda qalibin müəyyənləşmədiyi görüşdə çempionun adı penaltilər seriyasında aydınlaşıb. Futbol lotereyasında isə bəxt Çili seçməsinin üzünə gülüb.
Beləliklə, "Amerika Kuboku"nun qalibi Çili olub.
27 iyun 2016
"Amerika Kuboku"
Final
Argentina - Çili - 0:0
PENALTİLƏR: 2:4
QIRMIZI VƏRƏQƏ: Marselo Diaz, 29 (Çili); Markos Roxo, 43 (Argentina)