Ançelotti "Bavariya" ilə oyunla bağlı mesaj verdi

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Bavariya" ilə oyunda güvənəcəyi qapıçı ilə bağlı sualı cavablandırıb.

Sportline.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının cavab yarımfinal matçında Andrey Luninin xidmətindən yararlanacağını bildirib.

"Plana görə bu görüşə Lunin start heyətdə çıxacaq", - deyə italiyalı baş məşqçi "Madrid Universal"a açıqlamasında mesaj verib.

Qeyd edək ki, "Real" - "Bavariya" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

İlk qarşılaşma 2-2 hesabı ilə nəticələnmişdi.