Andrey Lunyov Bakı ilə Moskvanı müqayisə edib
Bu mövsümün əvvəlində "Qarabağ"dan ayrılaraq" Dinamo"ya transfer olunun qapıçı Andrey Lunyov Bakı ilə Moskva arasındakı fərqlərdən danışıb.
Sportline.az xəbər verir ki, 32 yaşlı qolkiper Sport24.ru saytına verdiyi müsahibədə bu fikirləri səsləndirib.
"Moskva mən olmadığım müddətdə çox dəyişib. Bura gözəldir və burada hər millətdən insanlar var. Mən gedəndən sonra şəhərdə çoxlu yol qovşaqları yaranıb. Xüsusi ilə metro çox dəyişib. Moskvada hər şey əladır.
Moskva top şəhərlərdədir, ona görə də onu Bakı ilə müqayisə etmək düzgün deyil.Azərbaycanın paytaxtı özünə görə yaxşıdır. Orada, yaşamaq üçün hər bir imkan var. Bakının havası da çox gözəldir. Bunlardan əlavə dəniz də var. Təəsüf ki, Moskvada yoxdur" təcrübəli qapıçı deyib.
Qeyd edək ki, Lunyovun şərəfini qoruduğu Moskva "Dinamo"su RPL-da 2 turdan sonra 6 xalla ikinci pillədədir.