Ansu Fati “Monako”da

Fransa Liqa 1 komandalarından "Monako" 22 yaşlı ispan sol cinah oyunçusu Ansu Fatiyi icarə əsasında heyətinə qatıb. Transfer rəsmi şəkildə açıqlanıb.

Sportline.az xəbər verir ki, klubun yaydığı bəyanatda bildirilir ki, "Monako" 2025-2026 mövsümü üçün "Barselona"dan Ansu Fatini satın alma seçimi ilə icarəyə götürüb.