Ansu Fatinin yeni klubu bəlli olub

"Monako" klubu "Barselona" ilə hücumçu Ansu Fatinin keçidi barədə anlaşmaya gəlib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Fransa təmsilçisi 22 yaşlı oyunçunu satın alma şərti ilə bir illik icarəyə götürəcək.

Əgər "Monako" Fati ilə daimi müqavilə bağlasa, "Barselona" onun geri transferi üçün 28 milyon avro ödəmək hüququna sahib olacaq.

2024/25 mövsümündə Fati Kataloniya klubunun heyətində cəmi 11 qarşılaşmada meydana çıxıb və nəzərəçarpacaq göstəricilərlə fərqlənməyib.