"Antalyaspor" braziliyalı oyunçu ilə güclənib

Super Liqa komandalarında "Antalyaspor" 26 yaşlı müdafiəçi Kelven Talissonu heyətinə qatdığını açıqlayıb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Talisson mətbuata açıqlamasında " Türkiyə və Antalyada olmaq gözəldir. Hər zaman Türkiyədə oynamaq istəmişəm. Ve bu gün ölkənin ən özəl klublarından biri ilə müqavilə imzalayıram. Bu rəngləri qorumaq və bu rənglər uğrunda mübarizə aparmaq üçün hər gün çox çalışacağam. İrəli "əqrəblər"" ifadələrini işlədib.

Qeyd edək ki, braziliyalı futbolçu son olaraq Rumıniyanın "Universitatea Kluj" komandasında çıxış edib.