Premyer Liqamızda 2020-ci ilə yekun vuruldu
Bu gün Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçirilir.
Sportline.az xəbər verir ki, 13-cü turun bütün görüşləri eyni günə təyin edilib.
Görüşlərdən 3-ü artıq başa çatıb.
"Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. 3:2 hesablı əzmkar qələbə qazanan Ağdam klubu bu matçdan sonra turnir cədvəlində liderliyi ələ keçirib.
"Səbail" doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub. "Sumqayıt" isə evdə "Sabah"a məğlub olub.
Günün son qarşılaşmasında isə "Neftçi" "Keşlə"ni qəbul edir. Görüş 18:00-da başlayıb.
24 dekabr (cümə axşamı)
18:00. “Neftçi” – “Keşlə” - 2:1
Qol: Mirabdulla Abbasov, 65 (1:0), Rəhman Hacıyev, 68 (1:1), Mirabdulla Abbasov, 81 (2:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”
16:00. “Səbail” – “Qəbələ” - 1:2
Qollar: Ülvi İsgəndərov, 20 (0:1(, Asif Məmmədov, 27 (0:2), Turan Manasov, 52 (1:2)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”
16:00. “Sumqayıt” –“ Sabah” - 1:2
Qollar: Slavik Alxasov, 26 (0:1), Xəyal Nəcəfov, 31 (1:1), Aleksey İsayev, 65-pen (1:2)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
16:00. “Qarabağ” – “Zirə” - 3:2
Qollar: Ağabala Ramazanov, 2 (0:1), Lazar Corceviç, 47 (0:2), Mahir Emreli, 58 (1:2), Ovusu Kvabena, 83 (2:2), 89 (3:2)
Qırmızı vərəqə: Dimitrios Çantakias ("Zirə", ikinci sarı vərəqə), Kevin Medina ("Qarabağ")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 13 | 7 | 3 | 3 | 15-14 | 24 |
| 2 | Qarabağ | 12 | 6 | 5 | 1 | 31-10 | 23 |
| 3 | Zirə | 13 | 5 | 5 | 3 | 16-14 | 20 |
| 4 | Sumqayıt | 13 | 4 | 4 | 5 | 16-20 | 16 |
| 5 | Qəbələ | 13 | 3 | 6 | 4 | 13-20 | 15 |
| 6 | Səbail | 12 | 3 | 4 | 5 | 14-16 | 13 |
| 7 | Keşlə | 13 | 3 | 4 | 6 | 13-20 | 13 |
| 8 | Sabah | 13 | 4 | 1 | 8 | 13-17 | 13 |
Bombardirlər:
Namiq Ələsgərov ("Neftçi") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Mahir Emreli ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kvabena Ovusu ("Qarabağ") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rauf Əliyev ("Səbail") - 4 qol
Donald Qerye ("Qarabağ") - 4 qol