APL: "Neftçi" "Zirə" görüşündə bərabərlik

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma olacaq.

Günün yeganə matçında "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. 

İndiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 4, qonaqlar isə 10 qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə bitib. Topların fərqi də qəsəbə təmsilçisinin xeyirinədir - 22:18. Son 6 oyunda qonaq olan komanda qələbə qazanmayıb. “Neftçi” ardıcıl 6 ev matçında qol vurub.

Bu günə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

28 noyabr (şənbə)

Azərbaycan Premyer Liqası

XI tur

16:00. "Neftçi" – "Zirə" 0-0

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”.

Qeyd edək ki, turun "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" oyunları noyabrın 29-da keçiriləcək.