Aqolli şaiyələrə aydınlıq gətirib
"Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında "Skenderbeu”ya keçəcəyi haqda dolaşan şaiyələrə münasibət bildirib. Sportline.az xəbər veriri ki, təcrübəli futbolçu bu xəbərlərin əsassız olduğunu deyib:
"Məni "Qarabağ”da hər şey qane edir. Gördüyünz kimi, Çempionlar Liqasının qrupunda oynayırıq. Deməli, hər şey qaydasındadı. "Skenderbeu”ya keçəcəyimlə bağlı deyilənlər həqiqəti əks etdirmir. Karyeramın sonunda yalnız "Tirana” ilə Albaniya çempionluğunu qazanmaq istəyərdim. Çünki bu klubun heyətində qeyd etdiyim ilk çempionluq zəfəri yaddaşımda silinməz izlər buraxıb. "Tirana” mənim üçün xüsusidi komandadır”. Xatırladaq ki, Albaniya millisinin kapitanı 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur.