Aquero tibbi müayinədən keçir

"Mançester Siti"dən ayrılan Serxio Aquero  "Barselona" üçün tibbi müayinədən keçir.

Sportline.az xəbər verir ki, bu barədə "Deportes Cuarto" məlumat yayıb. 32 yaşlı hücumçu Kataloniyanın mərkəzindəki otellərdən birinin yanında öz menecerləri ilə birgə bir maşına minib. Futbolçu Barselonadakı "Creu Blanca" adlı klinikaya müraciət edib. Qısa müddət ərzində "Barselona" ilə argentinalı oyunçu arasında müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Aquero ötən gün "şəhərlilər"lə vidalaşıb.