Arauxo "Barselona"dan ayrılır
Ronald Arauxonun “Yuventus”a keçidi ilə bağlı xəbərlər gündən-günə daha da güclənir.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, İtaliya klubu zəif mövsümdən və Klubların Dünya Çempionatında 1/16 finalda mübarizəni dayandırdıqdan sonra heyətinə güclü mərkəz müdafiəçisi qatmaq istəyir.
Yanvar ayında “Yuventus” Arauxonu transfer etmək üçün ciddi cəhd göstərmişdi, amma transfer baş tutmadı. Buna səbəb Kataloniya klubunun 60 milyon avro tələb etməsi olub.
Qeyd edək ki, 26 yaşlı futbolçunun hazırkı dəyəri 35 milyon avrodur.