Araz Abdullayev məyus oldu

Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu turda doğma meydanda “Adanaspor”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
 
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
 
28 oyundan sonra 32 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.