Araz Abdullayevdən məhsuldar ötürmə
Türkiyə 1-ci liqasında 31-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu tur səfərdə "Bandirmaspor"la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Komandasının 3-cü qolunun ötürməsini də Araz verib.
Hazırda 38 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.