"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" "Səbail"ə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XV tur başlanır.
Sportline.az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyunları Bakıda keçiriləcək.
Açılış matçında "Araz-Naxçıvan" "Turan Tovuz"la qarşılaşacaq.
"Sabah" isə yeni baş məşqçi Vasili Berezutskinin debüt oyununda "Səbail"i qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XV tur
29 noyabr
16:00. "Araz-Naxçıvan" – "Turan Tovuz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov, Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
Liv Bona Dea Arena. Saat 16:00
19:00. "Sabah" – "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev, Rəhman İmami
Hakim-inspektor: Ramil Diniyev
Bank Respublika Arena