Araz oynadı, "Anortosis" 3 xal qazandı
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Axnas" kollektivi olub.
Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 3:1.
A.Abdullayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, aktivində 44 xalı olan "Anortosis" 2-ci pillədə qərarlaşıb.