Arda Gülər icarə əsasında transfer olunacaq

"Real Madrid"in gənc ulduzu Arda Gülər icarə əsasında transfer olunacaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"kral" klubunun rəsmiləri 19 yaşlı yarımmüdafiəçi üçün gələn təklifləri dəyərləndirəcəklərini deyiblər.

İspaniya mediasında yer alan xəbərə görə isə "Bayer Leverkuzen" və "Tottenhem"in  Arda Gülər üçün təklif göndərdiyi bildirilib. 

Qeyd edək ki, Arda Gülər bu mövsüm "Fənərbağça"dan "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdu.