Arda Turan milli komandadan uzaqlaşdırıldı
Arda Turan Türkiyə millisinin heyətindən kənarlaşdırılıb. SportLine.az xəbər verir ki, buna futbolçunun ötən gün jurnalist Bilal Meşeni döyməyə cəhd etməsi olub.
Hadisənin ictimailəşməsini nəzərə alan Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və baş məşqçi Fatih Terim məsələni müzakirə ediblər. Görüşün yekununda qəbul olunan qərara əsasən, A.Turan milli komandanın düşərgəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Türkiyə seçməsi DÇ-2018-in təsnifat mərhələsində iyunun 11-də Kosovo ilə üz-üzə gələcək.