Arda Turan xorvatiyalı futbolçunu istəyir

Arda Turanın komandası xorvatiyalı ulduz futbolçuu 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, gələn mövsüm Türkiyə Super Liqasında çıxış edəcək “Eyüpspor” klubunun rəsmiləri “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istəyirlər.

Arda Turan xorvatiyalı yarımmüdafiəçiyə zəng edərək məsələ ilə bağlı danışdığını bildirib.

Qeyd edək ki, “Eyüpspor” klubu liqanın başa çatmasına 5 tur qala çempionluğunu elan edib və növbəti mövsüm üçün Türkiyə Super Liqasında çıxış etmə haqqına yiyələnib.