Arif Əsədov: "Neftçi"nin yeganə şansı kuboku qazanmaqdır"

"Neftçi"nin yeganə şansı kuboku qazanmaqdır".

Bunu Sportline.az saytına açıqlamasında veteran futbolçu, Azərbaycan millisinin məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun yarımfinalında keçiriləcək "Neftçi" - "Turan Tovuz" matçı ilə bağlı danışarkən deyib.

Əsədov cavab oyununu belə dəyərləndirib: "Turan Tovuz"un minimal hesablı qələbəsi o demək deyil ki, hər şey həll olunub. "Neftçi" əlindən gələni edəcək ki, finala çıxsın. Kubok "Neftçi"nin yeganə şansıdır. Bununla da, "Neftçi" azarkeşlərlə arasını düzəldə və məqsədinə nail ola bilər".

Banner