Arif Əsədov: "Səbail"in final üçün şansı var"
"Səbail"in final üçün şansı var".
Bunu Sportline.az saytına açıqlamasında veteran futbolçu, Azərbaycan millisinin məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun yarımfinalında keçiriləcək "Səbail" - "Qəbələ" matçı ilə bağlı danışarkən deyib.
Əsədov cavab oyununu belə dəyərləndirib: "Qəbələ"nin 1 top fərqlə qələbəsi o demək deyil ki, hər şey həll olunub. "Səbail"in final üçün şansı var. 1 top fərqlə uduzmaq hər şey demək deyil. Üstəlik "Səbail" sintetik örtüklü meydançada oynayır. Bu da Bakı klubu üçün üstünlük ola bilər".