Arne Slot: “Alissonun müalicəsi davam edir”
“Liverpul”un baş məşqçisi A.Slot brazilyalı qapıçı Alisson Bekerin son durumu barədə məlumat verib.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçunun noyabr ayının ortalarında geri qayıdacağı məlum olub.
“Sky Sports” kanalına müsahibə verən Arne Slot bu fikirləri səslənidirib;
“Alisson bizim üçün önəmli futbolçudur. Onun yoxluğu hiss olunur. O hazırda dünyanın ən yaxşı qapıçılarından biridir. “Arsenal” və “Brayton” ilə matçlarda iştirak etməyəcək. Noyabr ayının 15-nə qədər geri qayıdacaq. Geri dönüşünü səbrsizliklə gözləyirik”, - deyə A.Slot bildirib.
Qeyd edək ki, Alisson Bekher “Kristal Palas” ilə keçirilən matçda ağır zədə almışdı.