Arne Slot italiyalı futbolçunun son durumu haqqında danışıb

“Liverpul”un niderlandlı çalışdırıcısı Arne Slot futbolçusu Federiko Kieza barədə danışıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis Kiezanın zədəsinin ciddi olduğunu qeyd edib.

“Federiko Kieza nə zaman yaşıl meydanlara qayıdacaq bilmirəm. Zədəsi ciddi görünür. Çünki enişli-yoxuşlu bir görünümü var. Məşqlərdə iştirak edir. Lakin hazırda oynayacaq vəziyyətdə deyil”, - deyə A.Slot bildirib.

Qeyd edək ki, Kieza bu mövsüm “Liverpul”un heyətində cəmi 3 matçda iştirak edib. Məhsuldarlıq göstərici isə yoxdur.