Arne Slot “Liverpul”un tarixinə düşüb

“Liverpul”un niderlandlı çalışdırıcısı A.Slot klub tarixində ilk 11 matçın 10-da qalib gələn ilk baş məşqçi olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Arne Slotun komandası “Liverpul” evdə “Çelsi”ni 2:1 hesabı ilə məğlub etməklə bu nailiyyəti əldə etmiş olub.

Qeyd edək ki, “Liverpul” 21 xalla turnir cədvəlinə başçılıq edir.