Arnoldun qəlbi “Real”la döyünür

“Liverpul”un ingiltərəli futbolçusu Trent Aleksander Arnold “Real Madrid”ə transfer olmaq istəyir.

Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, Arnold “Liverpul”la yeni müqavilə imzalamaq niyyətində deyil.

Oyunçu “Real”a keçmək istəyir.

İspaniya klubunun rəhbərliyi Arnoldun transferini yanvarda həll edəcək.

Təcrübəli futbolçu gələn mövsümdən etibarən “Real”ın heyətində olacaq.

Qeyd edək ki, Arnold bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 4 asistlə yadda qalıb.

26 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 70 milyon avrodur.