"Arsenal" - "Everton": Düşərgələrdəki son durum

Bu gün İngiltərə Premyer Liqasında 16-cı tura start veriləcək.

Sportline.az xəbər verir ki, "Arsenal" öz meydanında "Everton"la üz-üzə gələcək.

Meydan sahiblərində əsas itki Ben Vayt, Oleksander Zinçenko və Rikardo Kalafiori adı ilə bağlıdır.

"Everton"da isə Maykl Kin, Yusuf Çermiti və Ceyms Qarner baş məşqçi Şon Dayçın sərəncamında olmayacaq.

Oyunun ədalət təmsilçisi Kreq Povson olacaq.

Qeyd edək ki, "Arsenal" - "Everton" matçı bu gün saat 19:00-da start götürəcək,