"Arsenal" gənc futbolçusunu satmağa hazırdır
"Arsenal" gənc futbolçusu Mayls Luyis-Skellini satmağa hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
19 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 26 matçda 4 asistlə yadda qalıb.
Qeyd edək ki, "Everton" ingiltərəli oyunçuya görə 40 milyon avro ödəmək niyyətindədir.