“Arsenal” gözünü o futbolçuya dikib

"Arsenal" "Real Madrid"in brazilyalı futbolçusu Rodriqonu heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberg öz "X" hesabında paylaşım edib.

24 yaşlı sağ cinah vingeri üçün "Arsenal" 120 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rodriqo bu mövsüm çıxış etdiyi 50 matçda 13 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Rodriqo 2019-cu ilin yayında "Santos"dan "Real Madrid"ə 45 milyon avro qarşılığında transfer olmuşdu.