"Arsenal" ispaniyalı futbolçu ilə maraqlanır
"Arsenal" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı heyətinə qatmaq istəyir.
Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, London klubu N.Uilyams üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
22 yaşlı futbolçunun "Atletik"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Niko Uilyams cari mövsüm çıxış etdiyi 42 matçda 11 qol 7 asistlə yadda qalıb.