“Arsenal” klubu Trossardla yola davam edəcək
“Arsenal”ın belçikalı futbolçusu Leandro Trossard klubla yeni müqavilə imzalamağa yaxındır.
Sportline.az “Mail Sport” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” klubunun rəhbərliyi Trossarda 3 illik yeni müqavilə təklif edib.
Trossard bu təklifə müsbət yanaşır. O “Arsenal” klubunda xoşbəxt olduğunu dilə gətirib.
Təcrübəli futbolçunun “Arsenal”la hazır ki müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Leandro Trossard bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 2 qol və 1 asistlə yadda qalıb.