“Arsenal” klubu Vilyam Salibanı “Real Madrid”ə satmayacaq
“Arsenal” klubunun rəhbərliyi fransalı futbolçu Vilyam Salibanı satmayacaqlarını açıqlayıb.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” klubu “Real Madrid”in Vilyam Saliba üçün təklif etdiyi 80 milyon avroluq rəsmi təklifi geri çevirib.
“Arsenal” klubu Salibanı satmaq niyyətində deyil.
23 yaşlı futbolçu “Arsenal”da xoşbəxt olduğunu söyləyib.
Qeyd edək ki, Vilyam Salibanın “Arsenal”la müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.