Konor Makqreqora qadağa qoyula bilər

UFC-nin ulduzu Konor Makqreqorun "Emireyts" stadionundakı hərəkəti hələ də müzakirə olunmaqdadır.

Sportline.az xəbər verir ki, "Arsenal" rəhbərliyi onun icazəsiz meydana çıxmasından narazılığını bildirib.

"Topçular" meydana çıxmaq azmış kimi, Bukayo Saka ilə "sparrinq"ə çıxmasını daha çox tənqid edirlər.

İrlandiyalı idmançının bundan sonra hətta stadiona girişinə qadağa qoyulması da müzakirə olunub.

Xatırladaq ki, Konor Makqreqor UEFA Çempionlar Liqasının "Arsenal" - PSJ matçından (2-0) sonra meydana enərək həmyerlisi Deklan Raysla, həmçinin Sem Morqan və Bukayo Saka ilə şəkil çəkdirmişdi. 

"The Times"ın yaydığı xəbərə görə, stadionun mühafizəçiləri çox çalışsalar da, onu bu fikrindən daşındıra bilməyiblər.

Qeyd edək ki, Konor Makqreqor İngiltərə futbol camiyəsində "Mançester Yunayted" azarkeşi kimi tanınır.