“Arsenal” – “Mançester Yunayted: Düşərgələrdəki son durum

İngiltərə Premyer Liqasında 14-cü turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçında “Arsenal” öz meydanında “Mançester Yunayted”lə münasibətləri aydınlaşdıracaq.

“Arsenal”da əsas itki Mikel Merino və Ben Vaytın adı ilə bağlıdır. “Mançester Yunayted”də isə itkilərin sayı kifayət qədərdir. Coni Evans, Luk Şou, Leni Yoro, Viktor Lindelöf zədə, Lisandro Martinez və Kobi Meyno isə cəza səbəbindən matçda iştirak edə bilməyəcək.

Oyunun ədalət təmsilçisi Samuel Barrot olacaq.

Qeyd edək ki, “Arsenal” – “Mançester Yunayted” matçı 5 dekabr saat 00:15-də başlanacaq.