“Arsenal” məğlub oldu

İngiltərə Premyer Liqasının 8-ci turunun matçları davam edir.

Sportline.az xəbər verir ki, günün son oyununda “Arsenal” səfərdə “Bormut”la qarşılaşıb. “Topçular” rəqibinə 0:2 hesabı ilə uduzub.

Qolları: Ryan Kristi 70, Jastin Klayvert 79 (pen)

“Arsenal”ın 23 yaşlı fransalı futbolçusu Vilyam Saliba 30-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Arsenal” 17 xalla 3-cü, “Bormut” isə 11 xalla 10-cu yerdə qərarlaşır.