"Arsenal" - "Monako": Düşərgələrdəki son vəziyyət

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tura yekun vurulur.

Sportline.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası bu tur “Monako”nu qəbul edəcək.

Topçuların heyətində Oleksander Zinçenko, Qabriel Maqalayeş, Rikkardo Kalafiori və Ben Vaytın yoxluğu baş məşqçi Mikel Artetanı qayğılandıra bilməz.

“Monako”da isə Denis Zakariya, Krepin Diatta, Edan Diop, Folarin Baloqun zədə, Kristian Mavissa və Vilfred Sinqo isə cəza səbəbindən matçı buraxmalı olacaq.

Start fiti gecə yarısı saat 12-də səslənəcək görüşü italiyalı Davide Massa idarə edəcək.